Azərbaycanlı hakim-inspektor Avropa Liqasının oyununa təyinat alıb
Azərbaycanlı hakim-inspektor Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb.
APA-nın məlumatına görə, beynəlxalq dərəcəyə malik təmsilçimiz I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iş başında olacaq.
O, iyulun 18-də “Norçepinq” (İsveç) – “Sent Patrik” (İrlandiya) qarşılaşmasının hakim-inspektoru olacaq. Görüş “NYA Parken” stadionunda keçiriləcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

