Azərbaycanlı milyon dollarlıq soyğun etdi, polislə atışmaya girdi – VİDEO
Ötən gün Rusiyanın Sank-Peteburq şəhərində üç maskalı şəxs zərgərlik salonuna basqın edib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, silahlılar salondakıları hədələyiblər, mühafizəçi və satıcının əllərini bağlayaraq vitrinlərdən 1 milyon dollarlıq qızıl zinət əşyası ələ keçiriblər.
Daha sonra maşına minərək ərazidən uzaqlaşsalar da, polis onları təqib edib. Hüquq-mühafizə orqanları əməkdaşları ilə cinayətkarlar arasında silahlı atışma olub. Nəticədə bir polis zabiti yaralanıb, iki soyğunçu isə yaralı olaraq ələ keçirilib. Onlar Dağıstan və Gürcüstan vətəndaşları olublar. Azərbaycanlı olduğu bildirilən 3-cü şəxs isə gizlənməyə nail olub. Hazırda polis onun axtarışındadır.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

