Azərbaycanlı müğənni azan oxudu – VİDEO
Müğənni Samir Piriyevin maraqlı görüntüsü yayılıb.
Minval.İnfo xəbər verir ki, hazırda Türkiyənin Bodrum bölgəsində olan ifaçı avtomobil idarə edərkən azan səsləndirib. Azan üçün yüksək səs diapazonu lazmdır və onu səsləndirmək elə də asan deyil.
Lakin S.Piriyev bunun öhdəsindən layiqincə gəlməyi bacarıb.
Qeyd edək ki, tarixdə ilk müəzzin(azançı) Bilal əl-Həbəşi olub. Azanın yaranma tarixi isə 622-623-cü illərə təsadüf edir. Mədinəyə hicrətin ilk günlərində xalqı namazdan və zəruri yığıncaqlardan xəbərdar etmək üçün bir vasitəyə ehtiyac yaranmışdı. Ona görə də Allah-təala Öz peyğəmbərinə (s) azan verilməsi göstərişini nazil etdi. Peyğəmbər (s) Əliyə (ə) tapşırdı ki, Bilala azan öyrətsin. Beləcə Bilal İslamda ilk müəzzin olmaq iftixarını qazandı. Bilal qara həbəş və azad edilmiş qul olsa da, Peyğəmbərin (s) azançısı və Allah dininin rəsmi sözcüsü, xəbərçisi seçildi.
Minval.İnfo

