Azərbaycanlı müğənni əməliyyat zamanı hepatitə yoluxub

Müğənni Vüsal Hacıyev həkimlərdən gileylənib.
Minval.info xəbər verir ki, sənətçi “Tam vaxtıdır” proqramında keçirdiyi ağır əməliyyatdan danışıb. O bildirib ki, əməliyyat zamanı hepatitə yoluxub:
“Əməliyyat olundum, xəstəxanada qanıma hepatit saldılar. Gec bildim. Mədəm məni narahat edirdi, səhv əməliyyat etmişdilər. Yenidən 5 saatlıq əməliyyat olundum, çətin günlər keçirdim. Tehrana getmişdim, pul qazanmırdım, bir il qaldım. Rəngim sapsarı oldu. Bütün bunlar insanı sındırır”.
https://ok.ru/video/2988129258196?fromTime=2
NƏRMİNƏ AYDINQIZI
XƏBƏR LENTİ
2025/11/19 14:22

