Azərbaycanlı müğənni mağazadan aldığı paltarın pulunu verməyib (FOTO)
Müğənni İlahə İbadova ilə bağlı sosial şəbəkədə şikayət yayılıb.
“Minval.info” xəbər verir ki, “butikfromturkey” geyim mağazasının səhifəsi sənətçinin onlardan mal alıb, pulunu ödəmədiyini qeyd edib.
Səhifədə “250 manatlıq malı alıb aradan çıxan və sonunda haqqımı tələb etmək istədiyim üçün məni polislə şantaj edən, xalqın bu səviyyəyə çatdırdığı insanlar” kimi sözlər yazılıb.
İddia ilə bağlı müğənni ilə əlaqə saxlamağa çalışdıq. Amma sənətçi telefon zənglərimizə cavab vermədi.
Minval.info

XƏBƏR LENTİ
2025/11/19 14:22

