Azərbaycanlı müğənni: “Qızlarımı 15-16 yaşında ərə verdim” – VİDEO
Müğənni Zeynəb Dostəliyeva qızları evlənən zaman 15 və 16 yaşları olub.
Minval.İnfo xəbər verir ki, “Sirdaş Rövşanə” proqramında qonaq olarkən deyib.
“Nəvələrimin yolunda canımı da qoyaram. Qızımın yoldaşı ağır xəstəlik tapıb. Mədə xərçəngidir. İndi durum qızımı boşatdırım ki, sən yaramırsan, pul gətirmirsən? Övlada ata lazımdır. Qızım özünü ora-bura vurur. Uşağa deyə bilmərik ki, sənin atan pul qazanmır, istədiklərini ala bilmir.
Çünki atasının vaxtında olub, gətirib, amma indi xəstədir. Digər qızımın da ailəsində söz-söhbətlər var. Özümüz verdik. Qoymadıq ki, uşaqlar oxusunlar. Qızlarımı verəndə birinin 15, digərinin də 16 yaşı var idi” – deyə müğənni qeyd edib.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

