Azərbaycanlı müğənni ərindən ayrılma səbəbini efirdə açıqladı, hər kəs təəccübləndi – VİDEO
Xanım ifaçı Bəturə Hüseynova ötən gün “5/5” verilişində qonaq olub.
Minval.İnfo xəbər verir ki, xanım ifaçı şəxsi həyatı ilə bağlı etdiyi açıqlama ilə hər kəsi təəccübləndirib. Belə ki, İstanbuldan yeni gədiyini deyən Bəturəyə Zaur Kamal “Gedib kişinin xirtdəyindən tutdun, dedin “Hər şey yarı sənin, yarı mənim?”” sözləri ilə reaksiya verib.
Müğənni Zaurun sözlərinə “Yox, elə şey olmadı. Boşanmamışıq ki! Allaha and olsun, boşanmamışam. Aramız sadəcə soyuqdu. Kağız üzərində evliliyimiz davam edir. Hər şeyə səbəb də onun iki dəfə iflas olması oldu. Bütün pullarımı, qızıllarımı batırdı, maşın da getdi. Qərara aldım ki, varlıq içində niyə yoxluq çəkim?” cavabını verib.
Studiyadakılar müğənni xanımın söylədiklərindən təəccüblərini gizlədə bilməyiblər.
Qeyd edək ki, müğənninin 24 yaşında Atilla adlı oğlu var.
Bəturənin verilişdəki daha ətraflı açıqlaması videoda:


