Azərbaycanlı müğənni yazılan şərhləri mahnıya çevirdi – VİDEO
Azərbaycanlı müğənni Rauf fərqli bir işə imza atıb.
Minval.info xəbər verir ki, Raufun yeni mahnısının sözlərini şərhlərdən ibarətdir. “Əsas bas” adlı mahnının sözlərinin müəllifi Nicat Məlikov sosial şəbəkə istifadəçilərinin yazdığı şərhləri bir yerə toplayıb.
İstifadə edilən şərhlərin əsasən neqativ olması da maraq doğurur. Sadə klipi və fərqli sözləri ilə diqqət çəkən mahnıya gələn reaksiyardan bir çoxlarının bu layihəni bəyəndiyi bəlli olur.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

