Azərbaycanlı müğənniyə canlı yayımda 240 000 dollarlıq hədiyyə – Video
Azərbaycan telekanalında qadın müğənniyə bahalı hədiyyə təqdim olunub.
Minval.info xəbər verir ki, “Hər şey daxil” verilişində sənətçi Asəf Fərmanqızına sürpriz edilib. Onun gözləri parçayla bağlanaraq telekanalın həyətinə aparılıb. Daha sonra onu Mercedes “Galenwagen” maşının qarşısına gətirilib. Müğənninin gözləri açıldıqdan avtomobilin ona hədiyyə olunduğu deyilib.
Qeyd edək ki, baş verilişlərin birində Asəf Fərmanqızı bahalı maşın alacağını və bunu hamıya nümayiş etdirəcəyini söyləyib. Tamaşaçıların bəziləri müğənninin gözləri açıldıqdan sonra onun reaksiyasının sünii olduğunu iddia edirlər. Bu səbəbdən sözügedən avtomobili özünün aldığına və hədiyyə kimi təqdim olunduğuna şübhələnirlər.
XƏBƏR LENTİ
2025/11/19 14:22

