Azərbaycanlı paralimpiya çempionu: “Sevincimin həddi-hüdudu yoxdur”

“Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu”.
“MİNVAL.İNFO”un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib.
Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığını bildirib: “Buraya gəlmək, burada çıxış etmək də çətin idi. Sevincimin həddi-hüdudu yoxdur. Bu işdə əməyi keçən şəxslərə təşəkkür edirəm”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

