Azərbaycanlı prodüserdən: “Camaat sizdən sənət gözləyir, siz qıçınızı qaldırırsınız” – VİDEO
“Baxıram telekanallara, əxlaqsızlıq gedir”
Minval.İnfo xəbər verir ki, bu sözləri prodüser Sultan Mustafayev “Space” telekanalında yayımlanan “El bizim, sirr bizim” tok-şousuna qonaq olarkən deyib.
O, verilişdə bəzi şou-biznes nümayəndələrinə atmacalar atıb, onları sərt tənqid edib: “Baxıram telekanallara, əxlaqsızlıq gedir. Biri ayağanı qoyur ayağının üstünə, deyir ki, “Məndən başqası yalandır”. Küçədə səndən də yaxşıları var. Mənim 33 yaşım var. Ustadlardan dərs almışam.
Türkiyədə yaşayıram və Azərbaycan şou-biznesini izləmirəm. Müğənnisənsə sənətini göstər, mənə qıçını, paltarını, corabını niyə göstərirsən? Budur bunların səviyyəsi. Camaata ancaq bunu göstərirlər”.
Minval.İnfo
Qeyd edək ki, verilişin informasiya dəstəkçisi Minval.İnfo saytıdır.


