Azərbaycanlı qapıçı Qazaxıstanın “Tobol” futbol klubundan ayrılıb
Azərbaycanın futbol üzrə milli komandasının qapıçısı Emil Balayev Qazaxıstanın “Tobol” klubundan ayrılıb.
“Report” xəbər verir ki, qapıçı və futbol klubunun rəhbərliyi qarşılıqlı razılıq əsasında müqaviləyə son qoymaq barədə qərar qəbul ediblər.
Emil komandanın heyətində 36 matç keçirib və Qazaxıstanın Premyer Liqasında ən yaxşı qapıçılardan biri olub.
“Tobol” futbol klubu birgə iş üçün Emilə təşəkkür edib və ona sonrakı karyerasında müvəffəqiyyətlər arzulayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22


