Azərbaycanlı qardaşlarımızın kədərini bölüşürük – Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 20 Yanvar 1990-cı ildə Azərbaycanın azadlığı uğrunda şəhid olanları ehtiramla yad edib.
Minval.İnfo oxu.az-a istinadən bildirir ki, o bu barədə Twitter-də yazıb.
“28 il bundan əvvəl Azərbaycanın müstəqilliyi uğrunda canında keçən şəhidlərin xatirəsini ehtiramla yad edirəm. Biz azərbaycanlı qardaşlarımızın kədərini bölüşürük. Türkiyə həmişə Azərbaycanın yanında olacaq”, – yazıda deyilir.
Ərdoğan öz Twitter səhifəsində Azərbaycan və Türkiyə bayraqlarından, həmçinin #20Yanvar heşteqindən istifadə edib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

