Azərbaycanlı stilistin yeni işi Paris Hiltonu ağlatdı – VİDEO
Azərbaycanın məşhur stilisti “əvvəl/sonra” layihəsi ilə bütün dünyada məşhurluq qazanmış Anar Ağakişiyevin yeni işininin “İnstagram”da təqdim etdiyi barədə məlumat vermişdik.
Minval.info xəbər verir ki, stilistin 11 yaşında bədbəxt hadisə nəticəsində sifətində yanıq izləri yaranmış qəhrəmanı aktrisa Paris Hiltonun da diqqətini çəkib.
Belə ki, dünya şöhrətli P.Hilton paylaşımın şərh bölümündə videonun onun göz yaşlarına səbəb olduğunu qeyd edib. Aktrisa həmçinin əlavə edib ki, hekayə ona çox təsir edib.
Qeyd edək ki, gün ərzində videoya baxış sayı 2 milyonu ötüb və “İnstagram”da digər populyar blogerlər tərəfindən də paylaşılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

