Azərbaycanlı tələbələr Türkiyədə qəzaya düşdülər: 4 yaralı var
Türkiyədə təhsil alan azərbaycanlı tələbələr icarəyə götürdükləri avtomobillə qəza törədiblər.
Unikal.org xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb.
21 yaşlı Fərid Ağazadənin idarə etdiyi avtomobil yol kənarındakı daşa çırpılaraq yaxınlıqdakı tarlaya yuvarlanıb.
Tanınmaz hala gələn avtomobildə olan sürücü Fərid Ağazadə və 3 dostu ağır xəsarət alıblar. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

