Azərbaycanlı usta sıfırdan zərb aləti düzəldir və ifa edir – VİDEO
Qazaxlı nağara-davul ifaçısı zərb alətlərində yenilik edib
Qazax sakini nağara-davul ifaçısı Zaur Qaracayev həm də bu alətləri özü düzəldir, həm də ifa edir. 34 yaşlı sənətkar nağara və davulun müxtəlif fərqli növlərini hazırlayır.
Ağac, dəri və başqa materiallardan düzəltdiyi zərb alətləri xarici görünüşü, keyfiyyəti ilə digər alətlərdən fərqlənir. Sənətkar davulların bütün hissələrini özü düzəldir, hətta ağaclarına kimi…
Minval.İnfo xəbər verir ki, bir nağaranın ərsəyə gəlməsi üçün ölçülərindən asılı olaraq 90-100 manat vəsait sərf olunur. Satış qiymətləri isə ölçülərinə görə 180-200 manat arasında dəyişir.
Onun ətraf rayonlardan, hətta Gürcüstandan da müştərisi olur. Zaur alətlər tam hazır olandan sonra onlara səs gücləndiriciləri də əlavə edib istifadəyə hazır vəziyyətə gətirir.
Onun bu bacarığını təkmilləşdirməsində atasının böyük əməyi olub. Zaur Qaracayevin bu peşədə sələfi atası olub. Uşaq yaşlarından onunla bərabər toylara gedib, el şənliklərində davul vurub.
Cümşüd
Minval.İnfo

