Azad edilən ərazilərdə minaya düşərək həlak olanların sayı açıqlanıb
Ermənistanın işğalından azad edilən ərazilərdə minaya düşərək həlak olan və yaralanan şəxslərin sayı açıqlanıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Minval.info-ya bildirilib ki, 10 noyabr 2020-ci il tarixdən indiyədək işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub.
Qeyd edilib ki, 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
XƏBƏR LENTİ
2025/11/19 14:22

