Azad olunan torpaqlarda zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması işləri davam etdirilir

 Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması,
işğal altındakı sərhədlərimizin azad edilməsindən sonra Azərbaycan
Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə
zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması işləri
davam etdirilir.   

Bu tədbirlər çərçivəsində dövlət sərhədinin işğaldan azad olunmuş
sahəsində şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin təhlükəsiz
hərəkətinin təmin edilməsi üzrə Dövlət Sərhəd Xidmətinin mühəndis-
istehkam bölmələri tərəfindən mina və partlamamış döyüş sursatlarının
axtarışı, aşkarlanması və zərərsizləşdirilməsi fəaliyyətləri, eləcə də sərhəd
mühafizə infrastrukturunun bərpası və yenidən qurulması xüsusi əhəmiyyət
kəsb edir.

Noyabr ayının ötən dövrü ərzində DSX-nin mühəndis-istehkam
bölmələri tərəfindən Azərbaycan – İran dövlət sərhədinin işğaldan azad
olunmuş sahəsinin 25 hektar ərazisi mina və partlamamış hərbi
sursatlardan təmizlənmiş, nəticədə 38 ədəd PMN-2 markalı piyada
əleyhinə mina aşkar olunaraq partlayış üsulu ilə zərərsizləşdirilmişdir.

Göstərilən istiqamətdə dövlət sərhədi boyunca 1230 m məsafədə
mühəndis çəpərlərinin quraşdırılması tamamlanmış, 1300 m məsafədə işlər
davam etdirilir.

Mənbə: Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

Qarabağ

Nəşr edilib: 2021/11/19 13:01

Baxış: 34


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06