Azad olunmuş ərazilərdə tapılan kütləvi məzarlıqlar necə açılacaq?

İşğaldan azad olunmuş ərazilərdə Birinci Qarabağ Müharibəsinə aid kütləvi məzarlıqlar tapılıb.
Minval.info Trend-ə istinadən bildirir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov jurnalistlərə deyib.
İ.Axundov bildirib ki, bu məzarların beynəlxalq təşkilatlar vasitəsilə açılması və orada olan meyit qalıqlarının ekskumasiyası və identifikasiyası istiqamətində müvafiq tədbirlər görüləcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

