AZAL təyyarəsi quş ilə toqquşdu – Məcburi eniş…
Bakı-Naxçıvan reysi ilə uçan AZAL təyyarəsi havaya qalxan zaman quş ilə toqquşub.
Minval.info saytı xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən məlumat verilib.
O, bildirib ki, təyyarənin kapitanı hava gəmisini Heydər Əliyev Beynəlxalq Aeroportuna qaytarmağa qərara alıb. Təyyarə yerə uğurla enib:
“Sərnişinlər növbəti reys ilə Naxçıvana yola salınacaq. Ləngimə çox olmayacaq”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

