Azarkeşlər: “Belə oynamağa davam etsən biz də müsəlman olacağıq”
Bu il “Liverpul” komandasının heyətində möhtəşəm çıxışı ilə fərqlənən misirli futbolçu Məhəmməd Salah azarkeşləri ən çox sevindirən futbolçudur. Bu gözəl oyunun qarşılığında azarkeşlər artıq Salaha mahnılar, himlər qoşub.
Minval.İnfo xəbər verir ki, “Liverpul”un “Porto”nu beş sıfır məğlub etdiyi matçdan sonra azarkeşlər “Mo Sa-la-la-la-lah, Mo Sa-la-la-la-lah, sən qol vurmağa davam etsən biz də müsəlman olacağıq” deyərək mahnılar oxuyub.
Misirli ulduz qısa zamanda azarkeşlərin sevimlisinə çevrilməyi bacarıb.
Tamerlan Mehdi
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22


