Azarkeşlər “Fənərbağça”nın avtobusunu daşa basdılar – VİDEO
Türkiyənin “Qalatasaray” klubu 21 il sonra əzəli rəqibi “Fənərbağça”ya səfərdə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, Super Liqanın XXIII turunda “Şükrü Saracoğlu” stadionunda keçirilmiş qarşılaşma “sarı-qırmızılar” 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyundan sonra “Fənərbağça” futbolçularını daşıyan avtobusa klubun azarkeşləri tərəfindən hücum edilib. Yayılan videoda fanatların kub avtobusuna daş və digər yad maddələr atdığı əks olunub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

