AzTV ötən il 2 milyon manat zərər edib –RƏQƏMLƏR

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

Qurumun maliyyə hesabatı göstərir ki, AzTV növbəti dəfə zərərlə işləyib.

Belə ki, ötən il AzTV-nin gəlirləri 2020-ci ilə nisbətən 1,4% artaraq 34,846 milyon manat təşkil edib. QSC-nin qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 0,5% artaraq 31,141 milyon manata, birja əməliyyatlarından gəlirləri 81% artaraq 699 min manata çatıb, sair əməliyyat gəlirləri isə dəyişməyərək 5 min manata bərabər olub.

Ötən il AzTV-nin xərcləri 36,817 milyon manat olub ki, bu da bir il əvvələ nisbətən 1,8 % çoxdur. Səhmdar cəmiyyətın sərf etdiyi materialların dəyəri 42% artaraq 991 min manata, amortizasiya xərcləri 26% artaraq 3,366 milyon manata, sair əməliyyat xərcləri isə 6% artaraq 10,976 milyon manata yüksəlib. AzTV ötən işçilərinə ümumilikdə 21,485 milyon manat əmək haqqı ödəyib ki, bu da 2020-ci illə müqayisədə 4,4 % çoxdur. Ötən il dövlət televiziyasının əməliyyat zərəri 1,971 milyon manat (10% çox), mənfəət vergisi 23 min (6,1% az) manat təşkil edib. Son nəticədə AzTV 2021-ci ili 1,995 milyon manat xalis zərərlə başa vurub. Bu da əvvəlki ilə nisbətən 9,7% çoxdur. 2020-ci ildə QSC 1,818 milyon manat xalis zərər açıqlamışdı.

Bu ilin əvvəlinə AzTV-nin aktivləri 0,4% artaraq 24,292 milyon manat, öhdəlikləri 3,8% azalaraq 1,012 milyon manata, balans kapitalı isə 0,6 % artaraq 23,28 milyon manata bərabər olub (APA).

Maliyyə

Nəşr edilib: 2022/08/25 14:05

Baxış: 74


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06