AZTV tanınmış diktorları işə çağırdı
Bu gün AzTV-nin rəhbəri Rövşən Məmmədov radio və televiziya diktorları ilə görüşüb.
Minval.info xəbər verir ki, görüş barədə məşhur aparıcı Nailə İslamzadə məlumat verib.
O, sosial şəbəkədə foto paylaşaraq fikirlərini bölüşüb:
“Rövşən müəllim illərlə nəinki efirə, AzTV-nin həyətinə girməyə belə həsrət qalan diktorlarla birlikdə işləmək və təcrübələrindən faydanalanmaq istədiyini bildirdi. Onun bizə verdiyi dəyər, əslində onun özünü ucaltdı”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

