Bədənləri və hərəkətləri məşhur olan azərbaycanlılar – “İnstaqram-da lüt şəkillərimi paylaşmaq” sənətilə məşğulam… – FOTOLAR

Bəzi müğənnilər, aktyorlar qalmaqalları və ya fərqli xarici görkəmləri ilə gündəmdə qalmağı bacarır. Bir qəbil “sənətçilər” də sözün həqiqi mənasında soyunmağı ilə “ürəkləri fəth edir”.

Məsələn, Əməkdar artist Elza Seyidcahan qəribə şeir və bəstələdiyi “ha ha ha” mahnıları ilə müzakirə olunur. İnsanlar onun yazdıqlarını ələ salmaq üçün sosial şəbəkələrdə paylaşmaqla istəmədən onun reklamını edirlər.

O cümlədən, Maral Tahirqızının məşhurlaşmasını misal çəkmək olar. Onun sənətçi kimi fəaliyyətinin nədən ibarət olduğu tam olaraq aydın deyil. Lakin M.Tahirqızı sosial şəbəkə hesabında paylaşdığı videolarla papulyarlıq qazanır. Hətta bugünlərdə illər öncə AZTV telekanalında yayımlanan görüntülərini yayaraq müğənni olduğunu sübut etməyə çalışıb.

maral tahirqızı ile ilgili görsel sonucu

Habelə son günlər Türkiyə telekanallarının birində yayımlanan evlilik verilişinin iştirakçısı olmuş Naz Milanı da bu qəbildən hesab etmək olar. Bu şəxsin ümumiyyətlə peşəsi, vəzifəsi, sənəti məlum deyil, amma gündəmdə qalmağın öhtəsindən “məharətlə” gəlməyi bacarıb. Digərlərindən fərqli olaraq Naz nə müğənni, nə də aktrisa olduğunu iddia etmir. Görəsən, “hansı sahədə fəaliyyət göstərirsiniz?” sualına “İnstaqram-da lüt şəkillərimi paylaşmaq” sənətilə məşğulam” cavabını verərmi? Belə papulyarlıq əldə edən şəxsdən bunu da gözləmək olar.

İlgili resim

Minval.info saytı həmçinin müğənni Afaq Aslanın necə məşhurlaşmasından söhbət açacaq. Əvvəlcə diqqətinizə çatdıraq ki, bu insanın müğənni kimi fəaliyyətindən bəlkə çoxları xəbərsizdir. Bəli, bəli xəbərsizdir. Çünki Afaq xanım sənətçi kimi ifa etdiyi mahnılarla rəğbət qazanmaq əvəzinə başqa yollara əl atıb. Hansı yollara? Sizi gözlətmədən dərhal cavabını verək. Bəlkə də artıq çoxlarınız bilirsiniz ki, Afaq Aslan ilk dəfə məhz bədənini nümayiş etdirməklə gündəmə gəlib. Aydındır ki, bu da məşhur olmağın yollarından biridir. Amma insanlara müğənni kimi təqdim olunan birinin görəsən, hansı mahnısı heç olmasa insan tərəfindən dinlənilib. Ümumiyyətlə, Afaqın mahnısı varmı? Axı “Müğənni Afaq Aslan soyundu (+18)” xəbərindən sonra onun müğənni kimi onun fəaliyyəti ilə maraqlanmaq istəyənlər olacaq. Bəziləri “Yotube”da onun adını yazıb mahnısını axtaracaqlar. Görəsən, bu insan həqiqətən müğənnidir?

İnternet resurslarında kiçik araşdırmadan sonra məlum olur ki, Afaq Aslan həqiqətən mahnı oxuyub. Amma “Google”da müğənninin adını yazıb axtarış düyməsini tıklayarkən “Afaq Aslan yenə soyundu”, “lüt soyundu”, “tam soyundu” kimi video və xəbərləri ortaya çıxır. Mahnılarını izləyənlərin sayı isə heç 100 minə çatmır.

Kiminsə soyunmağı bizə maraqlı deyil. Məsələ burasındadır ki, bu insan müğənni kimi təqdim olunur. Musiqi oxumaq incəsənət, mədəniyyət sahəsinə aiddir. Yalnız soyunmaqla məşhur olmaq və gündəmdə elə bu cür qalmaq sənət adamına yaraşırmı?

Bu gün saytlarda “Afaq Aslanın efirdə erotik rəqsi” başlıqlı xəbərlər yayıldı. Deyəsən, bəzilərində bəhs etdiyimiz şəxsin adi oynamağı, hərəkəti belə erotik hisslər oyadır. Buna isə Afaq Aslanın öz fəaliyyəti səbəb olub. Müğənniyə məsləhət odur ki, musiqiləri ilə gündəmə gəlsin. Maraq üçün bildirək ki, Afaqın “erotik rəqsi” zamanı aktyor Fərda Amin ona baxmamağa çalışırdı. Sağa-sola, yerə baxmaqla onun bu rəqsinin bitməsini səbrsizliklə gözləyirdi.

Samir Mirzə / Minval.İnfo

Maqazin

Nəşr edilib: 2018/01/25 12:27

Baxış: 9258


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06