Bərdədə 15 yaşlı qızı qaçırdılar – Evlənmək üçün
“Minval.info” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Şorəlli kəndində baş verib.
Belə ki, kənd sakini 2003-ci il təvəllüdlü Ş.H. həmyerlisi İsmayılov Habil Eyvaz oğlu tərəfindən evlənmək məqsədilə qaçırılıb.
Hadisədən xəbər tutan qızın valideynləri dərhal polisə məlumat veriblər.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları 8-ci sinif şagirdini qaçırmaqda şübhəli bilinən H.İsmayılovun saxlanılması üçün əməliyyat axtarış tədbirlərinə başlayıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır
XƏBƏR LENTİ
2025/11/19 14:22


