Bərdədə keçmiş məhkum evdən 4500 manatlıq oğurluq edib
Bərdə rayonunda evdən 4500 manat dəyərində məişət əşyaları oğurlanıb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 21-də rayon ərazisindəki evlərin birindən 4500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sorəlli kənd sakini, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurmaya, xuliqanlığa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Səmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

