Bərdədə qardaş dostu ilə birgə qardaşını öldürüb

Qardaş dostu ilə əlbir olub qardaşını öldürüb.
APA xəbər verir ki, hadisə Bərdənin Hacıallı kəndində qeydə alınıb.
1988-ci il təvəllüdlü İnayət Nəzərov dostu Şəhriyarla qardaşı, 1984-cü il təvəllüdlü Səxavət Nəzərovu bıçaqlayaraq öldürüb.
Qardaşların əmisi Nofəl Əliyev bildirib ki, qardaşlar arasında uzun illər əvvəl yaranan mübahisəyə səbəb qısqanclıq olub. Mərhumun 5 gün əvvəl isə övladı dünyaya gəlib.
Cinayəti törədən şəxslər saxlanılıb
Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi açılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

