Bəşər Əsədə tabe olan qüvvələrin İdlibə hücumu nəticəsində 4 dinc sakin ölüb

Suriyanın şimalındakı İdlib vilayətinə Bəşər Əsədə tabe olan qüvvələrin hücumu nəticəsində 4 dinc sakin ölüb.
“MİNVAL.İNFO” “TRT Haber”ə istinadən xəbər verir ki, hücumlar İdlibin cənub-şərqindəki Serakib məntəqəsindən həyata keçirilib.
Serakibdən İdlibin mərkəzinə endirilən zərbələr nəticəsində 4 dinc sakin ölüb, daha 2 mülki şəxs isə yaralanıb.
Ölənlərdən birinin azyaşlı olduğu qeyd edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

