Bəstəkar Sevinc Tofiqqızına “Fəxri doktor” adı verildi – FOTO
Azərbaycan və Türk dünyasında vətənpərvərlik mövzusunda və bir çox janr bəstələri ilə tanınmış bəstəkar Sevinc Tofiqqızı Beynəlxalq Psixologiya Akademiyasının “Fəxri doktor “diplomu, qızıl medalı ilə təltif edilib.
Bəstəkar Sevinc Tofiqqızı onu bu şərəfə layiq görən Beynəlxalq Psoxologiya Akademiyasının rektoru Valentina Kaçmala və Elmi şura üzvlərinə öz minnətdarlığını bildirib.
Bəstəkar qeyd edib ki, layiq görüldüyü bu fəxri ad, ali mükafat Ukrayna və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsidir.
Diplomun təqdim edilmə mərasimində Azərbaycan-Ukrayna Alyansının sədri Elmar Məmmədov, Azərbaycan Yazıcılar Birliyinin 1-ci katibi Çingiz Abdullayev iştirak ediblər. Onlar bəstəkar Sevinc Tofiqqızına gələcək fəaliyyətində uğurlar arzulayıblar.