Bacanaqlar arasında dava düşdü, işə polis qarışdı
Bakıda 40 yaşlı kişi bacanağı tərəfindən döyülərək ağır xəsarət alıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Nizami rayonu, Bəhruz Quliyev küçəsində baş verib.
1979-cu il təvəllüdlü Quliyev Gündüz Ağaqulu oğlu evdə mübahisə zəminində bacanağı tərəfindən küt alətlə döyülüb. O baş-beyin travması və burun sümüyünün sınığı diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

