Bağçada döyüldüyü iddia olunan uşağın üzündəki izlərin səbəbi bilindi – Video
Aprelin 3-də Sumqayıt şəhərində yerləşən 20 saylı uşaq bağçasında azyaşlı Ramal İbrahimovun müəlliməsi Zahidə xanım tərəfindən döyülməsi iddiası ilə bağlı məqalə dərc etdik. Belə ki, saytımıza göndərilən videoda R.İbrahimov anası Reyhan Quliyevaya hadisə barədə danışdığı əks olunub. Bağça direktoru Nüranə Həsənova isə iddiaları təkzib edib və uşaqlar arasında yaranan davadan sonra Ramalın üzündə qançır izlərinin əmələ gəldiyini qeyd edib.
Bununla əlaqədar R.Quliyeva minval.info-ya növbəti video göndərilib. Bu görüntülərdə Reyhanə xanım digər övladı Tunarın qorxusundan yalan danışdığı üçün məsələnin səhv anlaşıldığını söyləyib. Bundan başqa videoda ana uşağından hadisənin necə baş verdiyini soruşur, Tunar isə bağçadan evə dönərkən qardaşı Ramalın ondan telefon istədiyi üçün üzünü sıxdığını bildirir.
Mövzuyla əlaqəli məqalə: Bağçada uşağa qarşı zorakılıq – Müəllim 5 yaşlı uşağı bu hala saldı? (FOTO,VİDEO)
Reyhanə xanım həmçinin qeyd edib ki, işdən gəldikdən sonra övladının üzündə qançır izlərinin olduğunu görüb və əsəbiləşdiyindən yanlış anladığını söyləyib:
“Bu səbəbdən videonu çəkdim. Bağça müdriyyətində və müəllimdə, ümumiyyətlə, heç kimdə bir günah yoxdur. Buna görə üzrxahlıq edirik”.
Növbəti göndərilən videonu təqdim edirik:

