Bahalı maşınla qızı vurub öldürdü
Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən Minval.info-ya verilən məlumata görə, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib.
“99 HS 630” dövlət nömrə nişanlı, “Mercedes GL-550” markalı avtomobilin sürücüsü Yolçu Şükürov Buzovna qəsəbəsində Sabirabad rayon sakini Leyla Fərzəliyevanı vurub.
Qadın aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

