Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi işdən çıxarıldı – FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Tamila Nəsrullayeva təqaüdə göndərilib.
Minval.İnfo report-a istinadən xəbər verir ki, 65 yaşlı hakim bu gün icraatında olan sonuncu cinayət işinə baxıb.
1953-cü ildə anadan olan T.Nəsrullayeva 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışırdı.
O, daha əvvəl Bakı Şəhəri Kirov (indi Binəqədi) Rayon Məhkəməsinin sədri (1987 – 2000), Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri (2000 – 2007) və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin (2007 – 2011) hakimi olub.

XƏBƏR LENTİ
2025/11/19 14:22

