Bakı Ali Neft Məktəbində “ICESCO akseleratoru” layihəsinin milli final mərhələsi keçirilib


Bakı Ali Neft Məktəbi (BANM), Mədəniyyət Nazirliyi, ICESCO üzrə Azərbaycan
Respublikasının Milli Komissiyası, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı
(ICESCO) və “NewSpace Innovation” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “ICESCO
qlobal akseleratoru” adlı pilot layihəsinin milli final mərhələsi olub.

Bakı Ali Neft Məktəbində keçirilən tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin,
Mədəniyyət Nazirliyinin, “Kapitalbank” ASC-nin nümayəndələri, Gürcüstanın ”Creative
Caucasus” şirkətinin təsisçisi və baş icraçı direktoru Gela Suli, final mərhələyə qatılan
komanda üzvləri, həmçinin tədbirin təşkilatçıları iştirak ediblər.

Mədəniyyət Nazirliyinin beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil
Abbəkirov açılış nitqində layihə çərçivəsində uğurlu əməkdaşlığın yaradıldığını və bu
layihənin yüksək səviyyədə icra olunduğunu bildirib. Layihə iştirakçılarına bundan sonrakı
fəaliyyətlərində müvəfəqqiyyətlər arzulayan Nazirlik rəsmisi əməkdaşlığa daim hazır
olduqlarını qeyd edib.

“NewSpace Innovation” şirkətinin təsisçisi Leyla Tağızadə layihənin gedişatı, indiyədək
həyata keçirilən işlər barədə məlumat verərək bildirib ki, Azərbaycan, Qazaxıstan və
Özbəkistanda baş tutmuş layihədə kənd təsərrüfatı, rəqəmsal media, maliyyə
texnologiyaları, əyləncə və oyunlar, turizm və qida texnologiya sahələri əhatə olunub. O
məlumat verib ki, final mərhələsində 16 komanda üzvləri iştirak edir.

Tədbirdə ICESCO-nun Elm və texnologiya üzrə məsləhətçisi Məhəmməd Şərifin layihə
iştirakçılarına məktubu oxunub. Daha sonra “Yaradıcı iqtisadiyyatın gələcəyi”
mövzusunda panel müzakirələr keçirilib, startaplar üçün yaradılan şərait, startap
ekosisteminin maliyyələşdirilməsi, bu sahənin gələcək inkişafı müzakirə olunub.

Tədbirin sonunda milli final mərhələsində iştirak edən komanda üzvləri təqdimatlar
keçiriblər. Onların təqdimatları münsiflər heyəti tərəfindən qiymətləndirilərək
mükafatlandırılıb. Seçilmiş 3 ən yaxşı komanda Mərakeşdə keçiriləcək böyük final
mərhələsində iştirak etmək hüququ qazanıb. Böyük finala çıxan komandalar investor və
sahibkarlar qarşısında startap ideyalarını təqdim edərək mükafat üçün mübarizə
aparacaqlar.

Xatırladaq ki, ICESCO-ya üzv ölkələrdə akselerator proqramları vasitəsilə dinamik
yaradıcı texnologiya və mədəniyyət sahələrinin inkişaf etdirilməsi məqsədi daşıyan
layihənin açılışı və birinci mərhələsi sentyabrın 11-də Bakı Ali Neft Məktəbində baş tutub.

Minval.info

 

 

 

Təhsil

Nəşr edilib: 2021/11/18 15:53

Baxış: 32


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06