Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinə (BBAK) yeni mətbuat katibi təyin olunub.
Minval.info Report-a istinadən xəbər verir ki, bu vəzifə Samir Səfərova həvalə edilib.
O, indiyə qədər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də çalışıb.