Bakı avtovağzalının yaxınlığında yol qəzası – FOTO
Bakının Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Bakı Dairəvi yolundan Sumqayıt istiqamətinə gedən yol ötürücüsündə qeydə alınıb.
Belə ki, “VAZ-2109” markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

