Bakı-İstanbul-Vyana sərnişin qatarı bu tarixdə ilk səfərinə yola düşəcək
Bakı-Tbilisi-İstanbul-Aleksandropolis-Vyana marşrutu üzrə ilk sərnişin qatarı 2018-ci ilin mayında yola düşəcək.
Minval.İnfo Azərtac-a istinadən bildirir ki, Artıq Azərbaycan Fransanın “Stadler Rail Group Alstom” firmasından 64 sərnişin vaqonu alıb. Gürcüstanın newstbilisi portalının yaydığı məlumata görə, bu vaqonlar Gürcüstan-Türkiyə sərhədindəki Axalkalaki rayonunda qısa bir zamanda yeni xətlərə keçiriləcək.
Yeni vaqonlar yüksək keyfiyyətli, komfortludur. İki nəfərlik kupelərdə kondisioner və “Wi-Fi” olacaq. Qatarda, həmçinin restoran və bar fəaliyyət göstərəcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

