Bakı metrosunda “Azərbaycan rəssamları” sərgisi təşkil ediləcək
Dekabrın 20-dən Bakı metrosunda Milli İncəsənət Muzeyi ilə birgə Azərbaycanın görkəmli rəssamlarının sərgisi təşkil olunacaq.
Bu barədə “Minval.info”ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, sərgi 6 ay davam edəcək. Metronun “Nəriman Nərimanov” stansiyasında keçiriləcək sərgidə görkəmli rəssamların 85 əsəri nümayiş olunacaq. Sərgidə, həmçinin muzeyin nümayəndələri əsərlər barədə sərnişinlərə ətraflı məlumat verəcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

