Bakı metrosunda həyəcan — Qatar tuneldə qaldı
“Həzi Aslanov” – “Dərnəgül” istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq yaranıb.Minval.İnfo xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev “Facebook” səhifəsində məlumat verib.
N.Paşayev qatarda baş verən nasazlığa görə sərnişinlərin “28 May” metrostansiyasında boşaldıldığını qeyd edib.
“Saat 18:45-də “Nizami” stansiyasından qatarı geri depoya göndərdik. Təəssüf ki, qatar indi də “28 May” – “Gənclik” stansiyaları arasında qalıb. Əməkdaşlarımızın köməyi ilə tuneldə qalan qatar çıxarılıb və depoya göndərilib. Hadisə nəticəsində qatarların hərəkətində təxminən 15 dəqiqə interval yaranıb”, – deyə N.Paşayev bildirib.
Qurum rəsmisi əlavə edib ki, metroda qatarların hərəkəti bərpa edilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

