Bakı metrosunda problem – AÇIQLAMA
Bakı metropolitenində qatarların hərəkətində gecikmə yaranıb.
Minval.info xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə buna səbəb “Nəriman Nərimanov” stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıqdır.
O bildirib ki, buna görə də saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verir.
Qurum sözçüsü nasazlığın aradan qaldırılması istiqamətində işlərin görüldüyünü söyləyib.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

