Bakı metrosunda problem yarandı – Saat 8-dən açıldı
Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb və buna görə bir müddət sərnişinlər stansiyalara buraxılmayıb.
Minval.info-nun verdiyi xəbərə görə, Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metroda gecə işlərini başa vurduqdan sonra xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yaranıb:
“Nasazlıq aradan qaldırıldıqdan sonra Bakı metropoliteninin xətləri təlimat tələblərinə uyğun olaraq, təkrarən yoxlanılıb, elektrik qatarları xəttə buraxılıb və stansiyalar 08:00-dan sərnişinlərin girişinə açılıb”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

