Bakı metrosunda “terror” əsdirən xanımlar

Cəmiyyəti formalaşdıran əsas amillərdən biri də dəyərlərdir. İnsanları birləşdirən bu dəyərlər həm də onları parçalamaq gücünə malikdir.

Zaman keçdikcə mahiyyət etibarilə dəyişən bəzi dəyərlər cəmiyyəti inkişafdan saxlayır, onun xarici mədəniyyətlərə inteqrasiyasını ləngidir. Onların bütləşməsi və ictimai qınağın qatı olması bundan əziyyət çəkən gənclərin də səssiz qalmasına gətirib çıxarır. Hamısı olmasa da, bəzən gənclər öz haqlı etirazlarını bildirir, bu kimi dəyərləri dəyişmək üçün əllərindən gələni edirlər. Həmin məsələlərdən biri də kütləvi nəqliyyat vasitələrində gənclərlə yaşlıları üz-üzə qoyan yer davasıdır.

Gənclər günü ilə bağlı aldığımız sorğu da bir daha bunu sübut etdi:

Bir qrup xanım var ki, qatara və ya avtobusa daxil olduqları andan etibarən qaşla göz arasında bütün oturacaqları gözlərinin süzgəcindən keçirir, yer olmadığı halda 25 və daha aşağı yaşdakı oğlanların koordinatlarını müəyyən edirlər. Sürətlə hədəfə doğru irəliləyən bu qadınlar çatan kimi “düşmənin” postu üzərində öz mövqelərini möhkəmləndirir və kəskin baxışları ilə onu qınaq atəşinə tutmağa başlayırlar. Post üzərində davam edən soyuq müharibə çox keçmir ki, qəhramanlarımızla eyni məkanı bölüşən xarici qüvvələrin (avtobus və ya qatar sakinlərinin) də diqqətini çəkir.

Sözdə potensial düşmənə qarşı koalisiya yaradan bu qüvvələr bir-birinin ardınca, sanki BMT kürsüsündən  sərt bəyanatlar səsləndirir, ictimai qınaq adı altında sanksiyalara başlayırlar.

Qatara yenicə daxil olmuş, söhbətdən xəbəri olmayan nənə heç denən qonşudan geri qalar?! Əlbəttə, yox! O da gəncin şəxsinə bir-iki yağlı söz dedikdən sonra sakitləşir.

Kütləvi nəqliyyat vasitələrində terror əsdirən bu qadınların, heç şübhəsiz çox gözəl müşahidə qabiliyyətləri var. Kəşfiyyata cəlb olunacaqları halda bir neçə erməni postunun, işğal altındakı torpaqların geri alınması da mümkündür.

Bəli, ola bilər qadınlar zərif məxluqlardır, amma zərif olmaq hələ zəif olmaq demək deyil. Bu baxımdan Azərbaycan qadınından hələ də ümidliyəm!

Hörmətlə, hələ də özünə sayqısı olan qadınlara…

Fərid Özay

Yazarlar

Nəşr edilib: 2018/02/07 19:40

Baxış: 627


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06