Bakı-Moskva təyyarəsində gözlənilməz hadisə
Bakıdan Rusiyanın paytaxtına uçan təyyarədə insident baş verib. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Bakı-Moskva reysini həyata keçirən təyyarənin sərnişinlərdindən birinin vəziyyəti qəfildən pisləşib.Məlumata görə, 50 yaşlı qadın huşunu itirib. Onun ürək tutması keçirdiyi bildirilir.
Təyyarə Şeremetova hava limanında eniş edən kimi o xəstəxanaya aparılıb. Hadisənin hansı şəraitdə baş verdiyi və sərnişinin şəxsiyyəti dəqiqiləşdirilir.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

