Bakı-Qazax avtomobil yolunda avtomobil aşıb

Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində avtomobil aşıb.
“Chevrolet” markalı maşının idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində xəsarət alanların olduğu bildirilib.
Qəza nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
Bunlar Yevlax şəhər sakinləri – 1991-ci il təvəllüdlü Qinyaz Ayaz oğlu Qinyazov və onun qardaşı, 1987-ci il təvəllüdlü Fəxri Ayaz oğlu Qaçayevdir.
Hər iki yaralının vəziyyətinin hazırda qənaətbəxş olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. (“Report”)
XƏBƏR LENTİ
2025/11/19 14:22

