Bakı-Qazax magistralında ağır yol qəzası olub, xəsarət alanlar var

Göygöl rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Minval.İnfo report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Hacıməlik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” və “VAZ 2121” (Niva) markalı minik avtomobillərinin toqquşması nəticəsində Hacıməlik kənd sakinləri – 1948-ci il təvəllüdlü Allahverdiyeva Zülfinaz, 1979-cu il təvəllüdlü Allahverdiyeva Aygün və 1956-cı il təvəllüdlü Ağayeva Nailə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

