Bakı-Qazax magistralında avtomobil sement daşıyan maşına çırpılıb

Hacıqabul rayonunda baş verən yol qəzasında 1 nəfər ağır xəsarət alıb.
Məlumata görə, hadisə Bakı-Qazax magistralının rayonun Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil hərəkətdə olarkən arxadan sement daşıyan DAF markalı avtomobilə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin – Ucar rayonunun Şilyan kənd sakini, 1960-cı il təvəllüdlü Hacıyeva Zərqələm ağır xəsarət alıb.
Yaralı Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib. Yüngül xəsarət alan 3 nəfərə isə ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır. (“Report”)
XƏBƏR LENTİ
2025/11/19 14:22

