Bakı-Quba yolunda qəzada dörd nəfər ölüb, ölənlərdən üçünün kimliyi məlum olub -FOTO-YENİLƏNİB
Ötən gecə Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən daha birinin şəxsiyyəti məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, bu, 1987-ci il təvəllüdlü Nəzərova Bahar Zakir qızıdır.
00:47
Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən ikisinin kimliyi məlum olub.
APA-nın şimal bürosunun məlumatına görə, onlardan biri, “Lada Kalina”nın sürücüsü 1979-cu il təvəllüdlü, Xaçmaz şəhər sakini İsmayılov Hüseyn Səfərəli oğlu, digəri isə “Mercedes”in sürücüsü Quliyev Səbuhi Çingiz oğludur.
****
22:58
Bu gün axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun 75-ci km-də qeydə alınıb. “Mercedes” markalı maşınla “Lada Kalina” markalı nəqliyyat vasitəsi toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər dünyasını dəyişib, 2 nəfər xəsarət alıb.
Yaralılar – Xaçmaz rayonu, Qarabağlı kənd sakinləri, 1958-ci il təvəllüdlü Mehriban Vəliyeva və onun nəvəsi Sevgi Vəliyeva Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.



