Bakı sakinindən 4 kq heroin götürülüb

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini C.Əliyev Səbail rayonu ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyindən Minval.info -ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 4 kiloqram 10 qram heroin və 1 ədəd plastik kart aşkar edilərək götürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

