Bakı-Sumqayıt elektrik qatarları işləmir
Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən, bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarların hərəkətində gecikmələr qeydə alınır.
“Azərbaycan Dəmir Yolları”ndan Minval.info-ya verilən məlumata görə, ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı bu gün günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

